Dünyada koronavirusa yoluxanların sayı 60 milyonu keçib

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 60  milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 41 milyonu  keçib

1534393
Dünyada koronavirusa yoluxanların sayı 60 milyonu keçib

 

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 60  milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 41 milyonu  keçib.

Fәlәstin Sәhiyyә Nazirliyindәn verilәn mәlumata görә, İsrail tәrәfindәn mühasirәyә alınan Qәzzada bu günәdәk koronavirusdan 78 nәfәr hәyatını itirib, daha 17 min adam da virusa yoluxub.

İngiltәrәdә koronavirusdan ölәnlәrin sayı 56 min 533-ә, virusa yoluxanların sayı da bir milyon 557 minә yüksәlib.

İtaliyada koronavirus qurbanlarının sayı 52 min 28-ә, infeksiyaya yoluxanların sayı da bir milyon 480 minә çatıb.

Fransada epidemiya qurbanlarının sayı 50 min 618-ә yüksәlib. Ölkәdә virusa yoluxanların sayı 2 milyon 170 minә çatıb.

Almaniyada koronavirusdan ölәnlәrin sayı 15 mini, infeksiyaya yoluxanların sayı da 900 mini keçib.Almaniya kansleri Angela Merkel yeni növ koronavirusla bağlı görülәn tәdbirlәrin dekabr ayının 20-dәk  davam edәcәyini, lazımi tәqdirdә bu müddәtin uzadıla bilәcәyini deyib.

İranda ötən 24 saat ərzində yeni növ koronavirus (Covid-19) infeksiyasından 482 nəfər ölüb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 46 689 nəfərə çatıb



Әlaqәli Xәbәrlәr