Meksikada bir kütlәvi mәzarlıq aşkar edilib

Yerli mәtbuat orqanlarının yaydığı mәlumatda  Jalisko әyalәtinin El Salto şәhәrindәki bir bölgәdә aparılan әmәliyyat zamanı aşkar edilәn kütlәvi mәzarlıqda 103 şәxsә aid cәsәdin olduğu bildirilib.

1533950
Meksikada bir kütlәvi mәzarlıq aşkar edilib

 

Meksikanın qәrbindәki Jalisko әyalәtindә kütlәvi mәzarlıq aşkar edilib.

Yerli mәtbuat orqanlarının yaydığı mәlumatda  Jalisko әyalәtinin El Salto şәhәrindәki bir bölgәdә aparılan әmәliyyat zamanı aşkar edilәn kütlәvi mәzarlıqda 103 şәxsә aid cәsәdin olduğu bildirilib.

Meksika Daxili İşlәr Nazirliyinin Milli Axtarış Komissiyasının oktyabr ayında yayımladığı hesabata әsasәn, Jaliskoda 2006-2020-ci illәr arasında aparılan qazıntı işlәri nәticәsindә 897 cәsәd aşkar edilib.

Qeyd edәk ki, Meksikada 2006-cı ildәn etibarәn hәyata keçirilәn qazıntı işlәri naticәsindә 4 min 92 kütlәvi mәzarlıq aşkar edilib.



Әlaqәli Xәbәrlәr