Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 413 mini keçib.

1533711
Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 413 mini keçib. İnfeksiyaya yoluxanların sayı 60 milyon 12 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 41 milyon 437 mini keçib.
İngiltərədə son 24 saat ərzində 608 nəfər virusun qurbanı olub. bununla da ölkədə infeksiyadan həlak olanların sayı 55 min 838-ə yüksəlib. 11 min 299 yeni hadisə ilə, virusa yoluxanların sayı bir milyon 538 min 794 olub.
İtaliyada epidemiya səbəbiylə son 24 saat ərzində 853 adam ölüb. Bununla da insan itkisi 51 min 306-ya yüksəlib. Virusa yoluxanların sayı 23 min 232 artaraq bir milyon 455 min 22 nəfərə çatıb.
Fransada "Covid-19" səbəbiylə son 24 saatda xəstəxanalarda 458 nəfər və son 4 gündə qocalar evində 551 nəfər ölüb. Beləliklə ölkə miqyasında epidemiyadan ölənlərin sayı 50 min 237 olub. Bir gündə 9 min 155 yeni xəstəlik qeydə alındıqda, yoluxanların sayı 2 milyon 153 min 815-ə yüksəlib.

Rusiyada son 24 saat ərzində daha 23 min 675 nəfər yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxub.

Rusiyada yeni növ koronavirus infeksiyasına yoluxanların 2 milyon 162 min 503 nəfərə çatıb.

Son 24 saat ərzində 507 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 37 min 538 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Hindistanda "Covid-19" qaynaqlı ölüm hallarının sayı son 24 saat ərzində 481 artaraq 134 min 699 nəfərə çatıb. Eyni dövrdə ölkədə 44 min 376 yeni "Covid-19" hadisəsi aşkarlanıb, bununla da yoluxma sayı 9 milyon 222 min 216-ya yüksəlib.
Hindistan ən çox yoluxma faktının aşkarlandığı ikinci, virus qaynaqlı ölümün qeydə alındığı 3-cü ölkədir. 
Cənubi Koreyada son 24 saat ərzində "Covid-19"dan 3 nəfər ölüb; insan itkisi 513-ə yüksəlib. Ölkədə müvafiq dövrdə aşkarlanan virus sayı 382 artaraq 31 min 735-ə çatıb.



Әlaqәli Xәbәrlәr