ABŞ prezidentini seçəcək nümayəndələrin arasında ilk dəfə bir Türk var

Derya Taşkın ölkədə rəsmi olaraq prezidenti seçən 538 seçki şurası üzvlüyünə Demokratik partiya adından təyin edilən ilk Türk mənşəli amerikalı olub.

1533941
ABŞ prezidentini seçəcək nümayəndələrin arasında ilk dəfə bir Türk var

ABŞ-ın Nyu-Cersi ştatında yaşayan iş qadını Derya Taşkın ölkədə rəsmi olaraq prezidenti seçən 538 seçki şurası üzvlüyünə Demokratik partiya adından təyin edilən ilk Türk mənşəli amerikalı olub.
Derya Taşkın ABŞ-da 3 noyabrda ABŞ-da keçirilmiş prezident seçkilərində qələbə qazanan Co Bayden və köməkçisi Kamala Harris üçün Nyu-Cersi ştatı adından səs verəcək 14 nümayəndədən biri seçilib.
Türkiyə-ABŞ ələqlələrini dəyərləndirməsində Baydenin vəzifəyə gəldiyi zaman iki ölkə arasındakı münasibətlərdə problem olacağını düşünmədiyini söyləyən Taşkın “Çünki iki güclü müttəfiqin NATO tərəfdaşlığı var. Bayden NATO-nun nə qədər vacib olduğunu bilir " deyib.
Türkiyənin güclü bir ölkə olduğunu vurğulayan Taşkın "NATO müttəfiqi kim gəlirsə, bunu gözdən yayındırmayacaqdır" ifadəsini işlədib. 



Әlaqәli Xәbәrlәr