UNİCEF: ‘‘Yәmәndә 12 milyon uşağın humanitar yardıma ehtiyacı var’’

Yәmәndә әrzaq qıtlığı sәbәbindәn 12 milyon uşağın humanitar yardıma ehtiyacı olduğu bildirilib.

1533021
UNİCEF: ‘‘Yәmәndә 12 milyon uşağın humanitar yardıma ehtiyacı var’’

Yәmәndә әrzaq qıtlığı sәbәbindәn 12 milyon uşağın humanitar yardıma ehtiyacı olduğu bildirilib.

Bu barәdә Birlәşmiş Millәtlәr Tәşkilatının Uşaqlara Yardım Fondunun (UNİCEF) rәhbәri Henrietta Fore mәlumat verib.

Yәmәndә hycaənə tәbilinin uzun müddәtdir çaldığını ifadә edәn Fore bildirib ki, 12 milyondan çox uşağın humanitar yardıma ehtiyacı var.

Fore Yemәndә beş milyondan çox uşağın da vәba vә ishal tәhlükәsi ilә üz-üzә olduğunu deyib.

Yәmәndә beş ildir davam edәn qarşıdurmalar sәbәbindәn uşaqların vә ailәlәrinin zorakılıq vә xәstәlik tәhlükәsi ilә üz-üzә olduğunu ifadə edən  Fore deyib: ‘‘Koronavirus epidemiyası bu böhranı daha da dәrinlәşdirdi’’.






 



Әlaqәli Xәbәrlәr