Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 59 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 41 milyonu  keçib.

1533007
Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 59 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 41 milyonu  keçib.

İranda ötən 24 saat ərzində yeni növ koronavirus infeksiyasından 483 nəfər ölüb. 

Bununla da İranda koronavirusdan ölənlərin sayı 45 738 nəfərə çatıb. 

Rusiyada son 24 ərzində daha 24 326 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.

Rusiyada "Covid-19"a yoluxanların sayı 2 138 828 nəfərə çatıb.

Son 24 saat ərzində 491 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 37 031 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

İtaliyada epidemiya qurbanlarının sayı gün әrzindә 630 artaraq 50 min 453-ә, infeksiyaya yoluxanların sayı isә 22 min 930 artaraq bir milyon 431 min 795-ә yüksәlib. İtaliya sәhiyyә nazirinin mәslәhәtçisi Volter Rikkardi son bir ayda 27 min sәhiyyә işçisinin koronavirusa yoluxduğunu açıqlayıb.

Fransada koronavirusdan ölәnlәrin sayı gün әrzindә 501 artaraq  48-9 mini, epidemiyaya yoluxanların sayı isә 4 min 452 artaraq  2 milyonu keçib.

Amerika Birlәşmiş Ştatlarında koronavirus qurbanlarının sayı 250 mini, infeksiyaya yoluxanların sayı da 12 milyonu keçib.

İngiltәrәdә koronavirusdan ölәnlәrin sayı 55 mini, virusa yoluxanların sayı da bir milyonu keçib.

İspaniyada koronavirusdan vәfat edәnlәrin sayı 43 mini, infeksiyaya yoluxanların sayı da bir milyonu keçib.



Әlaqәli Xәbәrlәr