Belarusda etiraz aksiyası zamanı 345 nәfәr saxlanılıb

Belarusun paytaxtı Minskdә hökumәt әleyhinә keçirilәn etiraz aksiyası zamanı 345 nәfәr saxlanılıb.

1532734
Belarusda etiraz aksiyası zamanı 345 nәfәr saxlanılıb

 

Belarusun paytaxtı Minskdә hökumәt әleyhinә keçirilәn etiraz aksiyası zamanı 345 nәfәr saxlanılıb.

Belarusda avqustun 9-da keçirilәn prezident seçkilәrindә  mövcud prezident Aleksandr Lukaşenkonun qәlәbә qazanmasından sonra başlayan etiraz aksiyaları davam edir.

Paytaxt Minskin müxtәlif küçәlәrindә toplanan aksiyaçılar yolları nәqliyyat üçün bağlayıb.

Belarus Daxili İşlәr Nazirliyinin mәtbuat katibi Olqa Çemodanova polisin müqavimәt göstәrәn vә asayişi pozan aksiyaçılara müdaxilә edәrәk saxladığını açıqlayıb.

Çemodanova deyib: ‘‘Dünәn keçirilәn etiraz aksiya zamanı asayişi pozan 345 nәfәr saxlanıldı’’.



Әlaqәli Xәbәrlәr