Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 377 mini keçib.

1531641
Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 377 mini keçib. İnfeksiyaya yoluxanların sayı 57 milyon 910 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 40 milyon 108 mini keçib.
ABŞ-da "Covid-19" infeksiyası səbəbiylə ölənlərin sayı 260 min 28-ə yüksəlib. Ölkədə virusa yoluxan insanların sayı 12 milyon 274 mini keçib. ABŞ-da "Covid-19" hadisələrinin sayı sürətlə qorxunc səviyyəyə yüksəldikdə, bəzi ştatlarda xəstəxana tutumlarının dolmaq üzrə olduğu bildirilib. Prezident Donald Trampın oğlu Donald Tramp Jr-nin yeni növ koronavirus testinin "müsbət" olduğu açıqlanıb. ABŞ prezidenti Donald Tramp "Pfizer" və digər dərman şirkətlərini seçkilər başa çatana qədər "Covid-19" peyvənd tədqiqatları barədə məlumat yaymamaqda günahlandırıb.
İngiltərədə virus səbəbiylə insan itkisi 54 min 286-ya yüksəlib. Ölkədə virusun yoluxduğu insan sayı bir milyon 473 min olub. İtaliyada yeni növ koronavirus epidemiyasından ölənlərin sayı 48 min 569-a yüksəlib. Ölkə miqyasında virusa yoluxanların sayı bir milyon 345 min olub.
Fransada "Covid-19" səbəbiylə son 3 gündə 386 nəfər xəstəxanada, son 3 gündə 757 nəfər yaşlı qocalar evində ölüb. Beləliklə, insan itkisi sayı 48 min 265-ə yüksəlib. Ölkədə virusun yoluxduğu insan sayı da son 24 saat ərzində 22 min 882 artaraq 2 milyon 109 minə çatıb.
İspaniyada "Covid-19" səbəbiylə 42 min 619 nəfər ölüb. Ölkədə infeksiyaya yoluxan insanların sayı bir milyon 589 minə yüksəlib.

Braziliyada son 24 saat ərzində daha 38 min 397 nəfərin koronavirus infeksiyasına yoluxması, 552 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 6 milyon 020 min 164 nəfər yoluxub. Bu müddət ərzində 168 min 613 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 5 milyon 422 min 102 xəstə müalicə olunaraq sağalıb.



Әlaqәli Xәbәrlәr