BMT-nin G20 ölkələrinə "qlobal peyvənd' çağırışı

BMT Baş katibi Antonio Quterreş G20 ölkələrini yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı "qlobal peyvənd' üçün tələb olunan 28 milyard dollarlıq kəsiri aradan qaldırmağa çağırıb.

1529846

Quterreş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək virtual G20 sammitindən əvvəl bu ölkələrə göndərilən məktubda inkişaf etməkdə olan ölkələrin borclarının təxirə salınmasının 2021-ci ilin sonuna qədər uzadılmasının vacibliyinə diqqət çəkib.
G20 ölkələrini Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal peyvənd və müalicə proqramı "ACT Accelerato" və "COVAX" üçün tələb olunan 28 milyard dollarlıq maliyyə kəsirini aradan qaldırmağa çağıran Antonio Quterreş peyvənd millətçiliyinin əleyhinə olunmasının vacibliyini dilə gətirib.
BMT Baş katibi Quterres epidemiya səbəbiylə daha 115 milyon insanın həddindən artıq yoxsulluqla qarşılaşma riski ilə əlaqədar xəbərdarlıq edib.

Әlaqәli Xәbәrlәr