Dünyada koronavirusa yoluxanların sayı 55 milyonu ötüb

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 323 min nəfəri, infeksiyaya yoluxanların sayı 55 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 38 milyon 84 mini keçib.

1528854
Dünyada koronavirusa yoluxanların sayı 55 milyonu ötüb

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 332 min nəfəri, infeksiyaya yoluxanların sayı 55 milyon 350 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 38 milyon 494 mini keçib.

Dünyada "Covid-19"-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 11 538  min insanda təhlükəli infeksiya aşkarlanıb. ABŞ-da koronavirus infeksiyasından 252 652 insan ölüb.
"Covid-19" səbəbiylə İngiltərədə ölənlərin sayı 52 min 147 olub. Ölkədə xəstələrin sayı bir milyon 390 minə yüksəlib.
İspaniyada epidemiya səbəbiylə insan itkisi 41 min 253-ə çıxıb. Virusa yoluxanların sayı da bir milyon 521 minə yüksəlib.
İtaliyada epidemiya səbəbiylə son 24 saat ərzində 504 nəfər həlak olub. Bununla da ölkədə insan itkisi 45 min 733-ə yüksəlib. Virusa yoluxanların sayı 27 min 354 artaraq bir milyon 205 min 81 nəfərə çatıb.
Fransada "Covid-19" səbəbiylə son 24 saat ərzində 508 nəfər ölüb, bununla da ölkədə ölənlərin sayı 45 min 54 nəfər olub. Bir gündə 9 min 406 yeni xəstəlik qeydə alındıqda, yoluxanların sayı bir milyon 991 min 233-ə yüksəlib. Səhiyyə naziri Olivier Veran verdiyi açıqlamada, ölkəyə komendant saatı tətbiqi ilə virusun daha yavaş yayıldığını bildirib.

Braziliyada son 24 saat ərzində daha 13 min 371 nəfərin koronavirus infeksiyasına yoluxması, 216 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 5 milyon 876 min 464 nəfər yoluxub. Bu müddət ərzində 166 014 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 5 milyon 322 min 406 xəstə müalicə olunaraq sağalıb.

Hindistanda epidemiyadan ölənlərin sayı 130 min 559-a, yoluxma hallarının sayı isə 8 milyon 874 minə yüksəlib.
İranda yeni növ koronavirus səbəbiylə ölənlərin sayı 41 min 979 olub. Ölkədə xəstələrin sayı 775 min 121-ə yüksəlib. Qan bağışının ölkədəki epidemiya səbəbiylə azaldığı və yalnız 5 gün qan ehtiyatının qaldığı ifadə edilib.
İranda "Covid-19" tədbirləri çərçivəsində riskli şəhərlərdə 21: 00-04: 00 arasında fərdi nəqliyyat vasitəsi sürmək qadağan edilib.
Rusiyada "Covid-19" epidemiyası səbəbiylə ölənlərin sayı 33 min 489, yoluxma faktlarının sayı isə bir milyon 948 min 600 nəfəri keçib.
Epidemiya səbəbiylə 1 952 nəfərin öldüyü Qazaxıstanda, xəstələrin sayı 121 min 653 olub.
Ölkənin "Covid-19" infeksiyasının ikinci dalğasına yaxın olduğu və mübarizə hazırlıqlarının davam etdiyi bildirilib.
Afrika qitəsində ölənlərin sayı 281 artaraq 47 719 nəfərə çatıb. Qitədə yoluxma hallarının sayı son 24 saat ərzində 10 389 artaraq 1 milyon 998 min 121 nəfərə çatıb. "Covid-19"dan ən çox insan itkisi 20 min 314 ölümlə Cənubi Afrikada qeydə alınıb. Misirdə 6 min 465, Mərakeşdə 4 min 850 nəfər ölüb.

 



Әlaqәli Xәbәrlәr