Arem Sarkisyan Məhəmməd bin Zayedlə görüşüb

Ermənistan prezidenti Arem Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed ilə görüşüb.

1528444
Arem Sarkisyan  Məhəmməd bin Zayedlə görüşüb

Ermənistan prezidenti Arem Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed ilə Azərbaycanla atəşkəsə dair əldə olunan müqaviləni müzakirə edib.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin rəsmi WAM xəbər agentliyi məlumat yayıb. 

Məlumata görə, görüşdə iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsi, regional mövzular, Orta Asiya və Qafqazdakı son proseslər müzakirə olunub. 

Məhəmməd bin Zayed ölkəsinin Azərbaycanla Ermənistan arasında atəşkəsə dair imzalanan müqaviləni dəstəklədiyini ifadə edib.

Qeyd edək ki, Azərbaycan ordusu mülki yaşayış məntəqələrini hədəf alan Ermənistana qarşı əks- hucuma keçmişdi və işğal altındakı torpaqlarını azad etmişdi. 

Noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin tərəflər arasinda atəşkəsə dair müqavilə imzalandığını elan etmişdi. 



Әlaqәli Xәbәrlәr