Dünyada koronavirusdan ölәnlәrin sayı artıb

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyonu, infeksiyaya yoluxanların sayı 53  milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 37  milyonu keçib.

1527604
Dünyada koronavirusdan ölәnlәrin sayı artıb

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyonu, infeksiyaya yoluxanların sayı 53  milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 37  milyonu keçib.

Amerika Birlәşmiş Ştatlarında koronavirus qurbanlarının sayı 200 mini, infeksiyaya yoluxanların sayı 11 milyonu keçib.

İtaliyada koronavirus qurbanlarının sayı gün әrzindә 550  artaraq 44 min 139-a, infeksiyaya yoluxanların sayı da 40 min 902 artaraq bir milyon 107  min 303-ә  çatıb. Yerli mәtbuat orqanları hökumәtin virusun yayılması sәbәbindәn әlavә tәdbirlәr görmәyә hazırlandığını bildirmişdi.

İspaniyada koronavirus qurbanlarının sayı 40 mini, infeksiyaya yoluxanların sayı da bir milyonu keçib.

Portuqaliyada koronavirusdan ölәnlәrin sayı 3 mini, virusa yoluxanların sayı da 200 mini keçib.

Fransada koronavirusdan ölәnlәrin sayı gün әrzindә 456 artaraq 43 mini, virusa yoluxanların sayı da 43 min 892 artaraq  1 milyonu keçib.

Latın Amerikası ölkәlәrindә isә vәziyyәt belәdir:

Braziliyada epidemiya qurbanlarının sayı 400-ü, Meksikada 500-ü, Argentinada 200-ü, Kolunmiyada 100-ü, Çili, Peru vә Ekvadorda  30-u keçib.



Әlaqәli Xәbәrlәr