Liviya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində 74 nəfər ölüb

Liviya sahillərində miqrantların olduğu qayıqi batıb, nəticədə azı 74 nəfər ölüb.

1526873
Liviya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində 74 nəfər ölüb

Liviya sahillərində miqrantların olduğu qayıq batıb, nəticədə azı 74 nəfər ölüb.

Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) məlumat yayıb.

Məlumata görə, hadisə Homs liman şəhəri yaxınlığında baş verib. Ümumilikdə gəmidə 120-dən çox adam olub. Onlardan 47-si sahil mühafizəsi və yerli balıqçılar tərəfindən sudan çıxarılıb. Xilasedicilər 31 nəfərin cəsədini tapıblar, qalanların axtarışı davam edir.

Beynəlxalq Miqrasiya Təşkilatının Liviya üzrə direktoru Federiko Soda ad çəkmədən "Müdafiəsiz minlərlə insan həm dənizdə, həm də quruda bu problemin həllində adım atılmamasının bədəlini ödəyir" deyib.

Təşkilat həmçinin  qeyd edib ki, təkcə bu il Avropa sahillərinə çıxmağa cəhd edən azı 900 nəfər Aralıq dənizində boğulub. 



Әlaqәli Xәbәrlәr