Dünyada koronavirusa yoluxanların sayı 52 milyona yaxınlaşıb

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 281 min nəfəri keçib.

1525599
Dünyada koronavirusa yoluxanların sayı 52 milyona yaxınlaşıb

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 281 min nəfəri, infeksiyaya yoluxanların sayı 51 milyon 894 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 36 milyon 447 mini keçib.
ABŞ-da "Covid-19" səbəbiylə ölənlərin sayı 245 min 943 olub. Ölkədə virusun yoluxduğu insan sayı 10 milyon 559 mini keçib. 

İngiltәrәdә yeni növ koronavirus səbəbindən son 24 saat ərzində 532 nəfərin ölümü ilə son 6 ayda gündəlik ən yüksək ölüm sayının qeydә alındığı bildirilib. Epidemiyanın başlanğıcından bəri qeydə alınan insan itkisi 49 min 770-ə yüksəlib. Son bir gündə ölkədə 20 min 412 "Covid-19" hadisəsi aşkar edilərkən, hadisələrin sayı bir milyon 233 min 775-ə yüksəlib.
İtaliyada epidemiya səbəbiylə son 24 saat ərzində 580 adam hәlak olub, bununla da insan itkisi 42 min 330-a yüksəlib. Xəstəliyə yoluxanların sayı 35 min 98 artaraq 995 min 463 nəfərə çatıb.
İspaniyada "Covid-19" virusundan son 7 gündə 1209 nəfərin ölümü ilə, insan itkisi 39 min 756-ya yüksəlib. Ölkədə sadәcә san 24 saatda 411 nәfәr öldükdә, 17 min 395 yoluxma faktı aşkarlanıb. Xəstəliyin sayı 1 milyon 398 min 613-ə yüksəlib.
Polşada son 24 saat ərzində virus səbəbiylə ölənlərin sayı 330 artaraq 8 min 375-ə, 25 min 454 yeni yoluxma hadisәsilә isə 593 min 592-yə yüksəlib.
Macarıstanda epidemiyadan ölənlərin sayı son bir gündə 103 artaraq 2 min 596, infeksiyaya yoluxanların sayı 4 min 140 artaraq 118 min 918 nəfərə yüksəlib. Ölkәdә fkoronavirusa qarşı tәdbir mәqsәdilә elan edilәn fövqəladə vəziyyətin daha 90 gün uzadılmasını nәzәrdә tutan qanun layihəsi parlamentdə qəbul edilib.
Virus səbəbiylə ölənlərin sayının son 24 saatda 45 artaraq 490 minə çatdığı Avstriyada 6 min 120 yeni hadisə aşkarlanıb. Bununla da infeksiyaya yoluxanların ümumi sayı 164 min 866 olub.
Hindistanda "Covid-19" səbəbiylə ölənlərin sayı 127 min 615-ə, yoluxma hadisələrinin sayı isə 8 milyon 636 minə yüksəlib.
İranda virusdan insan itkisi 39 min 202-ə çatıb. Ölkədə virusun yoluxduğu insanların sayı isə 703 min 288 olaraq qeydə alınıb.
Rusiyada virus səbəbiylə ölənlərin sayı 31 min 161 olub. Ölkədəki virusa yoluxma sayı bir milyon 817 mini keçib.
Sakit Okeanda yerləşən adalar toplusu Vanuatuda ilk "Covid-19" hadisəsi qeydə alınıb.
Afrika qitəsi miqyasında "Covid-19" səbəbiylə ölənlərin sayı 46 min 25-ə, hadisələrin sayı isə 1 milyon 916 minə yüksəlib. Qitədə ən çox insan itkisi 19 min 951 ilə Cənubi Afrikada qeydə alınıb. Misirdə 6 min 394 nəfər, Mərakeşdə 4 min 425 nəfər ölüb.



Әlaqәli Xәbәrlәr