Avropalı liderlər terrora qarşı tədbirləri müzakirə ediblər

Fransa, Almaniya, Avstriya, Hollandiya liderləri və Avropa İttifaqı (Aİ) rəhbərliyi terrorla mübarizə üçün Avropada yeni tədbirlər görülməsi barədə razılaşıblar.

1525501

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, Avstriya kansleri Sebastian Kurz, Hollandiyanın baş naziri Mark Rutte, Aİ Şurasının sədri Çarls Mişel və Aİ Komissiyasının sədri Ursula von der Leyen terrorla mübarizə mövzusunda video konfrans formatında iclas keçiriblər.
İclasda terrora qarşı mübarizə üçün bir sıra yeni tədbirlər barədə razılığa gəlinib. Görüləcək tədbirlər arasında terror təbliğatının və internetdə nifrət nitqinin sürətlə qaldırılması, Şengen bölgəsinin islahatı və Aİ sərhədlərinə giriş-çıxışa daha sərt nəzarət və Avropada imamların yetişdirilməsi üçün yeni bir qurumun yaradılması kimi mövzular yer alıb.

Әlaqәli Xәbәrlәr