Jan İv Lö Drian: "Ölkəm İslam dininə hörmət edir"

Fransanın Xarici İşlər naziri Jan İv Lö Drian "ölkəsinin İslam dininə hörmət etdiyini" açıqlayıb.

1524122
Jan İv Lö Drian: "Ölkəm İslam dininə hörmət edir"

Fransanın Xarici İşlər naziri Jan İv Lö Drian "ölkəsinin İslam dininə hörmət etdiyini" açıqlayıb.
İslam və Ərəb dünyasında Fransaya qarşı başladılan boykot kampaniyasından sonra Misirə səfər edən Jan İv Lö Drian həmkarı Samih Şukri ilə paytaxt Qahirədə keçirdiyi görüşdən sonra təşkil edilən mətbuat konfransında deyib ki, rəsmi  Paris İslam dininə hörmət edir və müsəlmanları Fransanın bir hissəsi kimi görür. Mübarizə etdiyimiz şey radikalizm və terrordur.
Liviya böhranını da müzakirə etdiklərini qeyd edən Lö Drian Fransa və Misirin muzdluların Liviyadan çəkilməsini və BMT-nin tətbiq etdiyi silah embarqosuna riayət etmələrini istədiklərini bildirib.
Samih Şukri isə Fələstin dövlətinin qurulması, ədalətli və hərtərəfli sülhün yaranması və iki dövlətli həll yolunun vacibliyinə işarə edib.



Әlaqәli Xәbәrlәr