Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 248 min 800 nәfәri keçib.

1523496
Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 248 min 800 nәfәri keçib. İnfeksiyaya yoluxanların sayı 49 milyon 778 min, virusdan müalicә olunaraq sağalanların sayı isә 35 milyon 322 min olub.

İngiltәrәdә son bir gündə koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 23 287 nəfər artıb, 355 nəfər isə bu virusdan ölüb.

Ümumilikdə, ölkədə pandemiya başlayandan bəri 1 146 484 nəfər koronavirusa yoluxub, ölənlərin sayı isə 48 475 nəfər olub.

Hindistanda epidemiya səbəbiylə ölənlərin sayı 125 min 605 olub. Ölkədə virusa yoluxanların sayı da artaraq 8 milyon 462 min 80-ə çatıb.
Cənubi Afrikada "Covid-19"dan insan itkisi bu günə qədər 19 min 749 olaraq qeydə alınıb. Ölkədə virusa youxan insanların sayı 734 min 175 olub. Cənubi Afrika Afrika qitəsi miqyasında ən çox insan itkisi olan ölkədir.

Rusiyada 24 saat ərzində daha 20 396 nəfər yeni növ koronavirusa (Covid-19) yoluxub.

Son 24 saat ərzində 364 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 30 251 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

ABŞ-da yeni növ koronavirus səbəbiylə ölənlərin sayı 242 min 261-ə yüksəlib. Ölkədə xəstələrin sayı 10 milyon 63 minə çıxıb. Ağ Evin baş katibi Mark Meadovs "Covid-19" infeksiyasına yoluxanlar arasındadır. 

İtaliyada "Covid-19" epidemiyasından həyatını itirənlərin sayı son 24 saat ərzində 446 artaraq 40 min 638 nəfərə çatıb. 37 min 809 yeni hadisənin qeydə alındığı ölkədə beləliklə epidemiyanın başladığı fevral ayından bəri ən yüksək gündəlik xəstəlik sayı qeydə alınıb. İtaliyada epidemiyanın başlanğıcından bəri virusa yoluxmuş insanların ümumi sayı 862 min 681 nəfərdir.
Fransada "Covid-19" infeksiyasından ölənlərin sayı 39 min 865-ə yüksəlib. Ölkədə virusun yoluxduğu insanların sayı son 24 saat ərzində 60 min 486 artaraq 1 milyon 661 min 853 nəfərə çatıb. Bu göstərici, epidemiyanın başlanğıcından bəri ölkədə və Avropada qeydə alınan gündəlik ən yüksək rəqəm olub. "Covid-19" hadisələrinin sürətlə artması səbəbindən Fransa miqyasında komendant saatı tətbiq edilir.
Bəzi digər ölkələrdə  "Covid-19" infeksiyasından insan itkisi belədir: "Braziliya (162 min 35), Meksika (94 min 323), İngiltərə (48 min 475), İspaniya (38 min 833), Peru (34 min 783), Argentina (33 min 136), Kolumbiya (32 min 405), Çili (14 min 450), Ekvador (12 min 761), Belçika (12 min 708), Almaniya (11 min 364), Kanada (10 min 436)".

 



Әlaqәli Xәbәrlәr