Ağ Ev qarşısında Trampa qarşı etiraz aksiyası keçirilb

ABŞ-da Ağ Ev binası qarşısında yüzlərlə fəal etiraz aksiyalarına başlayıblar. Onlar ölkədə prezident seçkilərində səslərin sayılmasını tələb ediblər.

1523419
Ağ Ev qarşısında Trampa qarşı etiraz aksiyası keçirilb

ABŞ-da Ağ Ev binası qarşısında yüzlərlə fəal etiraz aksiyalarına başlayıblar. Onlar ölkədə prezident seçkilərində səslərin sayılmasını tələb ediblər.

Nümayişçilər prezident Donald Trampa qarşı şüarlar səsləndirərək yürüş keçiriblər.

Şəhərdə gücləndirilmiş polis dəstələri növbətçilik edir, onlar baş verənlərə qarışmadan vəziyyətə nəzarət edirlər.

Son məlumata görə,  ABŞ-da prezidentliyə namizəd demokrat Cozef Bayden Corciya ştatında rəqibi – respublikaçı və hazırkı prezident Donald Tramp və əvvəl ştatda lider olaraq ortaya çıxdıqdan sonra, ABŞ-ın hazırkı prezidenti, respublikaçı Donald Tramp üzərində liderliyini artırıb.

Qeyd olunub ki, bu günə qədər Bayden 2 455 681 seçicinin (49,4%), Tramp isə 2 451 541 seçicinin (49,3%) səsini qazanıb. Belə olan halda Demokratların namizədi mövcud ölkə liderini 4 mindən çox səslə qabaqlayıb. Bundan əvvəl Baydenin liderliyi 1000 səsdən bir az çox idi.

Tramp isə Demokratların namizədi Co Baydenin seçkilərdə qalib gəlməsi barədə “qanunsuz” danışmamalı olduğunu bildirib.

Tramp bunu özünün “Twitter” səhifəsində yazıb.

Dövlət başçısı məhkəmə proseslərinin hələ yeni başladığınıda da vurğulayıb.

“Co Bayden qanunsuz olaraq prezidentliyini iddia etməməlidir. Mən də bunu edə bilərdim. Məhkəmə işləri hələ təzə başlayır!” – deyə Tramp bildirib.

Trampın seçki qərargahı isə 3 noyabr seçkilərindən sonra bir çox ştatda səsvermə zamanı pozuntu iddiası ilə məhkəməyə müraciət edib.



Әlaqәli Xәbәrlәr