Dmitri Peskov: "Putinin səhhəti əladır və istefa verməyəcək”

Rusiya, Dövlət başçısı Vladimir Putinin səhhətinin pisləşdiyi və istefa verəcəyi ilə bağlı iddiaları rədd edib.

1523152
Dmitri Peskov: "Putinin səhhəti əladır və istefa verməyəcək”

Rusiya, Dövlət başçısı Vladimir Putinin səhhətinin pisləşdiyi və istefa verəcəyi ilə bağlı iddiaları rədd edib.

Rusiya Prezident Administrasiyasının (Kremlin) mətbuat katibi Dmitri Peskov İngiltərənin “The Sun” qəzetində yer alan və Putinin Parkinson xəstəliyinə tutulduğu və bu səbəbdən gələn il istefa verəcəyi iddia edilən xəbərlərə münasibət bildirib.

Sözügedən iddiaların həqiqəti əks etdirmədiyini bildirən Peskov “Xeyr, Putinin səhhəti əladır və istefa verməyəcək” deyə bildirib.

Bu il 68 yaşı tamam olan Putinin prezidentliyi 2024-cü ildə başa çatır.



Әlaqәli Xәbәrlәr