Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 227 mini keçib.

1521984
Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 227 mini, infeksiyaya yoluxanların sayı 48 milyon 475 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 34 milyon 700 mini keçib.
İtaliyada epidemiya səbəbiylə son 24 saat ərzində 352 nəfər həlak olub. Bunanla da ölkədə ümumi insan itkisi 39 min 764-ə yüksəlib. Virusa yoluxanların sayı isə 30 min 550 artaraq 790 min 377 nəfərə çatıb. Ölkədə bu gün yerli vaxtla saat 22:00-05:00 arasında qüvvədə olacaq komendant saatı başlayır. Tətbiq 3 dekabr tarixinə qədər davam edəcək.

İranda "Covid-19" infeksiyasından ölənlərin sayı 36 min 579 olub. Ölkədəki xəstələrin sayı isə 646 min 164-ə yüksəlib.
Epidemiya səbəbindən Rusiyada ölənlərin sayı 29 min 509-a çıxıb. Ölkədəki xəstələrin sayı isə bir milyon 712 minə yüksəlib.
İsrail həbsxanalarında infeksiyaya yoluxmuş fələstinli məhkumların sayı 121-ə yüksəlib.

5 min 471 nəfərin virus səbəbiylə öldüyü Səudiyyə Ərəbistanında, virusun yoluxduğu insan sayı 348 min 936 olub. Təxminən 8 ay əvvəl epidemiya səbəbiylə təxirə salınan ümrə ziyarətlərinə icazə verilməsindən sonra ölkə xaricindən gələn ilk ümrə qafiləsi 3 günlük karantindən sonra Kəbədə təvaf edib.

Almaniyada son 24 saat ərzində 19 min 900 nəfər koronavirusa yoluxub. 

Ölkədə son bir gündə 118 nəfər virusun qurbanı olub.

İndiyədək Almaniyada 597 min 583 nəfər virusa yoluxub, onlardan 10 min 930 nəfəri dünyasını dəyişib. 

Braziliyada son 24 saat ərzində daha 23 min 976 nəfərin koronavirus infeksiyasına yoluxması, 610 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Ölkədə indiyədək koronavirusa ümumilikdə 5 milyon 590 min 025 nəfər yoluxub. Bu müddət ərzində 161 min 106 koronaviruslu xəstə dünyasını dəyişib.

Son bir gündə İngiltərədə koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 25 min 177 nəfər, bu virusdan ölənlərin sayı isə 492 nəfər olub. Bu, ölkədə “ikinci dalğa”nın yeni antirekordudur.

Ümumilikdə ölkədə pandemiya başlayandan bəri 1 milyon 099 min 059 nəfərə koronavirus diaqnozu qoyulub, 47 min 742 nəfər bu virusdan ölüb, 2 milyondan çox test aparılıb.

Qeyd edək ki, noyabrın 5-dən etibarən İngiltərədə 2 dekabr tarixinə qədər davam edəcək yeni milli karantin başlayır. Bölgədə faktiki olaraq yay tədbirlərinə bənzər məhdudlaşdırıcı tədbirlər tətbiq olunacaq. Uşaq bağçaları, məktəblər, universitetlər, inşaat və sənaye müəssisələri istisna olaraq işlərini davam etdirə biləcəklər. İstirahət, əyləncə və qonaq qəbulu sektorlarında, o cümlədən pab, bar və restoranlar bağlanacaq. İnsanlar evlərini lazımsız yerə tərk edə bilməyəcəklər.

Koronavirusa yoluxma hallarının ən çox aşkarlandığı ölkələr siyahısına habelə Hindistan (8 316 588 yoluxma), Braziliya (5 567 126), Rusiya (1 693 454), Fransa (1 502 763), İspaniya (1 331 756), Argentina (1 195 276), Kolumbiya (1 099 392), Böyük Britaniya (1 073 882) və Meksika (938 405) daxildir.



Әlaqәli Xәbәrlәr