Türkiyə əsgəri Liviyada vəzifəsinin icrasını davam etdirəcək

Türkiyə hərbçilərinin Milli Həmrəylik Hökümətinin tələbi davam etdiyi müddətdə Liviyada olmağa davam edəcəyi bildirilib.

1521845
Türkiyə əsgəri Liviyada vəzifəsinin icrasını davam etdirəcək

 Türkiyə hərbçilərinin Milli Həmrəylik Hökümətinin tələbi davam etdiyi müddətdə Liviyada olmağa davam edəcəyi bildirilib.
Liviyanın cənub-qərbindəki Gadamis şəhərində keçirilən 5+5 hərbi komitə iclaslarında daimi atəşkəs razılaşmasının həyata keçirilməsi üçün atılacaq konkret addımlar barədə razılıq əldə olunub.
Təhlükəsizlik qaynaqları həmin yığıncaq və qəbul edilən qərarlara dair bildiriblər ki, liviyalıların rəhbərliyi və ev yiyəliyində istisnasız bütün Liviya vətəndaşlarını da əhatə edən, ərazi bütövlüyü və mili birliyi təmin olunmuş, müstəqil, suveren və rifah bir Liviyanın qurulmasından tərəfik.
Türkiyənin Liviyanın ərazi bütövlüyünü, sülh və sabitliyini hədəfə aldığını məqsəd götürdüyünü ifadə edən qaynaqlar "Türkiyə BMT Liviyadakı böhranın həlli ilə əlaqədar olaraq Təhlükəsizlik Şurasının qərara uyğun olaraq liviyalılar arasında aparılacağını və siyasi prosesdən keçdiyini müdafiə edir. Bu istiqamətdə atılan hər addım və müsbət inkişafları məmnuniyyətlə qarşılayır" ifadələrindən istifadə edib.
Liviyanın qanuni hökumətinin Milli Həmrəylik Hökuməti (MMH) olduğunu vurğulayan qaynaqlar: "Türkiyə Milli Həmrəylik Hökumətinin dəvətilə Liviyadadır və Milli Həmrəylik Hökumətinin tələbi davam etdiyi müddətdə Liviyada olmağa, Türkiyə ilə Liviyanın qanuni hökuməti arasında imzalanan və qüvvəyə minən razılaşmalara uyğun olaraq təhsil, səhiyyə, humanitar və müşavirlik dəstəyi verməyə davam edəcəyik" deyiblər. 



Әlaqәli Xәbәrlәr