Dünyada koronavirusdan ölәnlәrin sayı artıb

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 201 mini keçib.

1519484
Dünyada koronavirusdan ölәnlәrin sayı artıb

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 201 min 925-i, infeksiyaya yoluxanların sayı 46 milyon 495 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 33 milyon 561 mini keçib.
ABŞ-da infeksiyadan ölən insanların sayı 236 min 72-yə, yoluxanların sayı 9 milyon 402 min 590 nəfərə yüksəlib. 
"Covid-19" səbəbiylə İngiltərədə ölənlərin sayı 46 min 555 olub. Ölkədə infeksiyaya yoluxmuşların sayı isə bir milyon 11 min 660-a yüksəlib. Ölkədə yayılmış epidemiya səbəbindən 5 noyabrdan başlayacaq ikinci dəfə karantin elan edilib.
"Covid-19" səbəbiylə İtaliyada ölənlərin sayı 38 min 618, yoluxanların sayı isə 679 min 430 olub. 
Fransada epidemiya səbəbiylə insan itkisi 36 min 788-ə yüksəlib. Ölkədə yoluxanların sayı bir milyon 367 min 625 nəfərə çıxıb.
Epidemiya səbəbiylə 35 min 878 ölüm və 1 milyon 264 min 517 yoluxma faktının qeydə alındığı İspaniyada "Covid-19" epidemiyasına qarşı görülən tədbirləri etiraz etməyə başlayan nümayişlərdə küçələr döyüş meydanına çevrilib. Ölkənin müxtəlif şəhərlərindəki hadisələrdə yaralananların olduğu və polisin bəzi nümayişçiləri nəzarətə aldığı bildirilib.
Portuqaliyada epidemiya səbəbiylə ölənlərin sayı 2 min 507 olub. Ölkədə xəstələrin sayı 141 min 279-a yüksəlib. 
"Covid-19"dan 907 nəfərin öldüyü Avstraliyada iyun ayından bəri ilk dəfə yeni yoluxma faktı qeydə alınmayıb.

Hindistanda "Covid-19"dan ölənlərin sayı 122 min 149 olub. Ölkədə virusun yoluxduğu insan sayı isə 8 milyon 184 min 82-ə yüksəlib.
İndiyə qədər "Covid-19"dan 1755 ölüm və 100 min 292 yoluxma faktının qeydə alındığı Yaponiyada, epidemiya səbəbiylə Çin və Cənubi Koreya da daxil olmaqla 9 ölkəyə tətbiq olunan sərnişin giriş qadağası, turist vizası alanlar istisna olmaqla, ləğv olunub, turizm vizası olanlar bun. Buna görə, noyabr ayından etibarən Çin, Cənubi Koreya, Avstraliya, Bruney, Yeni Zelandiya, Sinqapur, Tayland, Tayvan və Vyetnam üçün səyahət xəbərdarlığı səviyyəsi 3-dən 2-yə endirilib.
Səudiyyə Ərəbistanında "Covid-19"dan ölənlərin sayı 5 min 402 olub. Ölkədə yoluxma sayı 347 min 282 olaraq qeyd edilib.Ölkədə ölkə xaricindən ümrə ziyarətinə qismən icazə verilib. Səudiyyə Ərəbistanı səlahiyyətliləri ümrə ziyarətini "Covid-19" səbəbiylə mart ayında dayandırıb və ölkə daxilindən məhdud sayda insanın həcc ziyarətinə getməsinə icazə verib.



Әlaqәli Xәbәrlәr