Fransada kilsə yaxınlığında əli silahlı şəxs insanlara hücum edib, ölənlər var

Fransanın Nitsa şəhərində kilsə yaxınlığında əli silahlı şəxs vətəndaşlara hücum edib, ölənlər var.

1518154
Fransada kilsə yaxınlığında əli silahlı şəxs insanlara hücum edib, ölənlər var

Fransanın Nitsa şəhərində kilsə yaxınlığında əli silahlı şəxs vətəndaşlara hücum edib, ölənlər var.

Hadisə şəhərin Notr-Dam kilsəsi yaxınlığında baş verib. Hadisə nəticəsində üç nəfər ölüb, bir neçə nəfər yaralanıb. 

Nitsa Bələdiyyəsinin rəhbəri Kristian Estrosi sosial şəbəkə hesabından verdiyi açıqlamada, polisin hücum edən şəxsi saxladığını bildirib. 

Daxili İşlər naziri Qerald Darmanin "Twitter" hesabından Estrosi ilə görüşündən sonra Nazirlikdə hücumla əlaqəli "böhran iclası" keçirdiyini deyib.

Fransa Terrorla Mübarizə Prokurorluğunun da hücumla bağlı istintaq başlatdığı qeyd edilib.

Milli Məclisdə hücum nəticəsində həyatını itirənlər bir dəqiqəlik sükutla yad ediliblər.



Әlaqәli Xәbәrlәr