Dünyada koronavirusla bağlı son vәziyyәt (29 oktyabr)

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyonu, infeksiyaya yoluxanların sayı 44 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 32 milyonu keçib.

1517807
Dünyada koronavirusla bağlı son vәziyyәt (29 oktyabr)


Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyonu, infeksiyaya yoluxanların sayı 44 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 32 milyonu keçib.

İtaliyada koronavirus qurbanlarının sayı gün әrzindә 205 artaraq 37 min 905-ә, infeksiyaya yoluxanların sayı isә 24 min 991 artaraq 589 min 776-ya yüksәlib.

Fransada koronavirus qurbanlarının sayı gün әrzindә 244  artaraq 35  min 785-ә, infeksiyaya yoluxanların sayı da  gün әrzindә 36 min 437 artaraq 1 milyon 235  min 132-ә yüksәlib. Fransa prezidenti Emmanuel Makron virusun yayılması sәbәbindәn ölkәdә milli karantin rejimi elan etdi.Oktyabrın 30-dan dekabrın 1-dәk ölkәdә komendant saatı tәbiq olunacaq.

İspaniyada koronavirus qurbanlarının sayı gün әrzindә 168 artaraq  35 min 466-ya, infeksiyaya yoluxanların sayı da 19 min 765 artaraq 1 milyon 136 min 503-ә çatıb.

Portuqaliya Sәhiyyә Nazirliyi ölkәdә  gün әrzindә virusdan 24 nәfәrin öldüyünü açıqlayıb. Ölkәdә indiyәdәk virusdan ölәnlәrin sayı 2 min 395-ә, infeksiyaya yoluxanların ümumi sayı isә 128 min 392-yә çatıb.

Kanadada koronavirusdan vәfat edәnlәrin sayı gün әrzindә 271 artaraq 10 min 51-ә, infeksiyaya yoluxanların sayı da 28 min 775 artaraq 225 min 690-a yüksәlib.

Әlcәzairdә koronavirus qurbanlarının sayı 1941-ә, virusa yoluxanların sayı da 57 min 26-ya çatıb.








 



 



Әlaqәli Xәbәrlәr