Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Yeni növ koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı dünya miqyasında bir milyon 171 mini ötüb.

1517337
Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Yeni növ koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı dünya miqyasında bir milyon 171 mini ötüb. Xəstəliyə yoluxanların sayı 44 milyon 252 mini, sağalanların sayı isə 32 milyon 447 min 500-ü keçib.

ABŞ-da "Covid-19"dan ölənlərin sayı 232 min 84-ə, yoluxan insanların sayı isə 9 milyon 38 min 30-a yüksəlib.

İngiltərədə virus səbəbindən həyatını itirənlərin sayı son 24 saatda axırıncı 5 ayın ən yüksək gündəlik göstəricisi ilə 367 nəfər artaraq 45 min 365-ə, yoluxanların sayı isə 22 min 885 nəfər artaraq 917 min 575-ə çatıb.

Fransada epidemiyadan son 24 saatda, axırıncı 6 ayın ən yüksək rəqəmi qeydə alınaraq, 523 nəfər ölüb. Bununla da insan itkisi 35 min 541-ə çatıb. Virusa yoluxanların sayı 33 min 417 nəfərlik artımla 1 milyon 198 min 695 nəfərə yüksəlib.

İspaniyada "Covid-19"dan son bir gündə 267 nəfər ölüb, bununla da həyatını itirənlərin sayı 35 min 298-ə çatıb. Eyni dövrdə 18 min 418 yeni yoluxma qeydə alınan ölkədə, ümumi yoluxma sayı 1 milyon 116 min 738-ə yüksəlib.

İtaliyada "Covid-19" səbəbindən ölənlərin sayı 37 min 700 olub. Ölkədə 564 min 778 nəfər yoluxma faktı qeydə alınıb. Paytaxt Romada qatı iqtidarçıların, "Covid-19" epidemiyasının yayılmasının qarşısını almaq üçün görülən tədbirlərə qarşı dünənki etirazı qalmaqallı keçib.

“Azadlıq, Azadlıq” şüarları səsləndirərək İtaliya Milli Marşını oxuyan və məşəllər yandıran qrupa təhlükəsizlik qüvvələri su şırnaqları və gözyaşardıcı qazla müdaxilə ediblər. Etirazlarda 16 nəfər nəzarətə götürülüb.

Portuqaliya Səhiyyə Nazirliyi "Covid-19" səbəbindən son 24 saat ərzində 28 nəfərin öldüyünü və 3 min 299 yeni yoluxmanın qeydə alındığını açıqlayıb. Ölkədə insan itkisi 2 min 371-ə, yoluxma sayı isə 124 min 432-yə yüksəlib.

Portuqaliyanın Romadakı səfirliyi internet saytında verdiyi açıqlamada İtaliyada yaşayan vətəndaşlarına “Avropa İttifaqı (Aİ) ölkələrində ümumi karantinin elan edilməsi, uçuşların dayandırılaraq sərhədlərin yenidən bağlanması riskinə qarşı ən qısa zamanda ölkəyə dönmələri” ilə bağlı müraciət edib.

Rusiyada son 24 saat ərzində daha 16 202 nəfər yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxub.Rusiyada "Covid-19"a yoluxanların sayı 1 563 976 nəfərə çatıb.

Son 24 saat ərzində 346 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 26 935 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Bəzi digər ölkələrdə "Covid-19"dan ölənlərin sayı aşağıdakı kimidir:

Braziliya (157 min 981), Meksika (89 min 171), Peru (34 min 257), Kolumbiya (30 min 565), Argentina (29 min 730), Çili (14 min 26), Ekvador (12 min 588), Belçika (11 min 38), Almaniya (10 min 263) və Kanada (10 min 1).



Әlaqәli Xәbәrlәr