BMT  Nyu-Yorkdakı mənzil qərargahında bütün fiziki görüşləri ləğv edib

BMT üzv ölkələrdən Nigeriyanın BMT Daimi Nümayəndəliyindəki 5 nəfərdə yeni növ koronavirus (Covid-19) aşkarlandıqdan sonra ABŞ Nyu-Yorkdakı mənzil qərargahında bütün fiziki görüşləri ləğv edib.

1517415

BMT-nin 75-ci Baş Assambleyasının sədri Volkan Bozkır 193 üzv ölkənin daimi nümayəndəliklərinə göndərdiyi məktubda BMT-nin qərargahındakı bütün fiziki görüşlərin Nigeriyanın daimi nümayəndəliyindəki "Covid-19" epidemiyasından sonra bu həftə ləğv edildiyini bildirib.

Nyu-York epidemiyanın mərkəzinə çevrildikdən sonra fəaliyyətini bir müddət virtual mühitdə həyata keçirən BMT yoluxma sayının azalması səbəbindən məhdud sayda insanla yenidən fiziki görüşləri təşkil etməyə başlamışdı.

Әlaqәli Xәbәrlәr