Dünyada koronavirusla bağlı son vәziyyәt (27 oktyabr)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyonu, virusa yoluxanların sayı 43 milyonu,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 32  milyonu keçib.

1516518

Amerika Birlәşmiş Ştatlarında koronavirus qurbanlarının sayı 200 mini, infeksiyaya yoluxanların sayı da 8 milyonu keçib.

İngiltәrәdә koronavirus qurbanlarının sayı gün әrzindә 102 artaraq  44 min 998-ә, infeksiyaya yoluxanların sayı da 894 min 690-a yüksәlib.

İtaliyada koronavirus qurbanlarının sayı 37 min 479-a çatıb. Ölkәdә virusa yoluxanların sayı da 542  min 789-a yüksәlib.

Fransada koronavirus qurbanlarının sayı gün әrzindә 258 artaraq 35  min 18-ә, infeksiyaya yoluxanların sayı da  gün әrzindә 26 min 771 artaraq 1 milyon 165 min 278-ә yüksәlib.

İspaniyada koronavirus qurbanlarının sayı 35 min 31-ә, infeksiyaya yoluxanların sayı da 1 milyon 98 min 320-yә çatıb.

Hindistanda koronavirus qurbanlarının sayı 119 min 535-ә, virusa yoluxanların sayı da 7 milyon 946 minә çatıb.

İranda koronavirusdan ölәnlәrin sayı 32 mini, infeksiyaya yoluxanların sayı da 500 mini keçib.

Rusiyada yeni növ koronavirus epidemiyasından vәfat edәnlәrin sayı 26 min 269-a, infeksiyaya yoluxanların sayı da 531 min 224-ә çatıb.

Әlaqәli Xәbәrlәr