Koalisiya qüvvәlәri Husilәrә mәxsus iki PUA-nı mәhv edib

Sәudiyyә  Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri Husilәrin Yәmәndәn Sәudiyyә Әrәbistanına göndәrdiyi 2 pilotsuz uçuş aparatı (PUA) vurduğunu açıqlayıb.

1516083
Koalisiya qüvvәlәri Husilәrә mәxsus iki PUA-nı mәhv edib

 

 

Sәudiyyә  Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri Husilәrin Yәmәndәn Sәudiyyә Әrәbistanına göndәrdiyi 2 pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

Bu barәdә Sәudiyyә Әrәbistanının rәsmi SPA agentliyi mәlumat yayıb. Koalisiya qüvvәlәrinin mәtbuat katibi Turki әl-Maliki yayımladığı iki ayrı açıqlamada Husilәrә aid iki PUA-nın vurulduğunu bildirib.

PUA-lardan birinin Yәmәn hava mәkanında mәhv edildiyini bildirәn Maliki PUA-ların Sәudiyyә Әrәbistandakı mülki yaşayış mәntәqәlәrinә göndәrildiyini qeyd edib.

Husilәr dünәn Sәudiyyә Әrәbistanının cәnubunda yerlәşәn Hamiş Muşayt şәhәrindәki hәrbi hava bazaya vә ölkәnin cәnubuna  hücum etdiklәrini açıqlamışdı.

İran tәrәfindәn dәstәklәnәn Husilәr iki gün әvvәl dә ölkәnin cәnubundakı Cazan vә Ebha şәhәrlәrindәki hava limanları ilә Hamiş Muşayt  bölgәsindәki  hәrbi bazaya PUA-larla hücum tәşkil etmişdi.

Koalisiya qüvvәlәri isә şәmbә günü 6 әdәd PUA-nı mәhv etdiklәrini bildirmişdi.

 

 

 



Әlaqәli Xәbәrlәr