Yens Stoltenberq Türkiyə və Yunanıstanın keçiriləcək təlimləri ləğv etdiklərini bildirib

NATO-nun Baş Katibi Yens Stoltenberq Türkiyə və Yunanıstanın gələcək həftə Şərqi Aralıq dənizində keçiriləcək təlimləri ləğv etdiklərini açıqlayıb.

1514981

Yens Stoltenberq NATO Müdafiə Nazirləri yığıncağından sonra verdiyi jurnalistələrə açıqlamasında deyib:
"Türkiyə və Yunanıstan hər iki ölkənin də milli bayramlarının qeyd olunacağı qarşıdan gələn həftə keçirilməsi planlaşdırılan təlimlərin ləğv edilməsi qərarı verildi. Bu qərarı alqışlayıram"dedi.
Stoltenberq Türkiyənin konstruktiv və  tez uyğunlaşan mövqe ortaya qoyduğunu bildirərək, "Bunlar istənməyən hadisələrin və qəzaların qarşısını almaq üçün doğru istiqamətdə atılan addımlardır. Ümid edirəm ki, biz də bunun üzərinə Almaniyanın kəşfiyyat danışıqlarına başlamaq səylərinə əlavə edə bilərik" deyib.
Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, təlimləri ləğv etmək qərarına Türkiyənin təklifi ilə gəlinib. Türkiyənin problemlərin dialoq və yaxşı qonşuluq əlaqələri çərçivəsində həlli istiqamətindəki anlayışı əsasında bu təklifi etdiyi öyrənilib.
Milli Müdafiə Naziri Hulusi Akar Şərqi Aralıq dənizindəki təlimin ləğvi ilə əlaqədar "Bu mövzuda işlər davam edir, bununla bağlı fəaliyyətlərin yaxın günlərdə tamamlanmasını gözləyirik" deyib.

Әlaqәli Xәbәrlәr