NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәri videokonfrans formatında iclas keçirir

NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәri yeni növ koronavirusla bağlı görülәn tәdbirlәr sәbәbindәn videokonfrans formatında iclas keçirdi.

1514296

İclasda Türkiyәni milli müdafiә naziri Hulusi Akar tәmsil etdi.

İki gün davam edәcәk iclasın gündәmindә әdalәtli yük bölgüsü, NATO-nun İraq vә Әfqanıstandakı missiyası, cәmiyyәtlәrin davamlılığının güclәndirlmәsi, vә müdafiәnin güclәndirilmәsi kimi mövzular var.

Nazirlәrin hәmçinin Almaniyanın Ramştein şәhәrindәki Müttәfiq Hәbi Hava Komandanlığı yanında NATO Kosmik Mәrkәzinin yaradılması mәsәlәsindә razılıq әldә etmәlәri gözlәnilir.

Әlaqәli Xәbәrlәr