Gürcüstanda silahlı basqına məruz qalan bank və bütün girovlar azad edilib

Gürcüstan polisinin xüsusi əməliyyatı nəticəsində Zuqdidi şəhərində “Gürcüstan Bankı”nın filialı və 43 girov azad edilib.

1513628
Gürcüstanda silahlı basqına məruz qalan bank və bütün girovlar azad edilib

Gürcüstan polisinin xüsusi əməliyyatı nəticəsində Zuqdidi şəhərində “Gürcüstan Bankı”nın filialı və 43 girov azad edilib.

Gürcüstün Daxili İşlər Nazirliyi məlumatına görə, azad edilən girovlar təhlükəsiz bir yerə yerləşdirilib.

Qeyd edək ki, Gürcüstanın Zuqdidi şəhərində “Gürcüstan Bankı”nın filialına silahlı basqın edilib.

Naməlum şəxsin avtomat və qumbara ilə silahlandığı bildirilib.

Yayılan məlumatlara əsasən, bankın əməkdaşları və müştərilər girov götürülüb. Hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb olunub. Daha sonra girovların bir neçəsi dam vasitəsilə bankın binasını tərk etməyə nail olublar.

Zuqdididə xüsusi əməliyyat başa çatdırılıb və silahlı basqınçı əli qandallı bankın binasından çıxarılıb.

Yayılan məlumatlara əsasən, cinayətkar polisə təslim olub.



Әlaqәli Xәbәrlәr