Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir

Xəstə sayındakı artım xüsusilə Avropada ikinci dalğanın intensiv şəkildə yayıldığını göstərir

1513619
Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir

Yeni növ koronavirus (Covid-19) səbəbiylə ölənlərin sayı dünya miqyasında bir milyon 136 min 462 nəfəri keçib. Xəstə sayındakı artım isə xüsusilə Avropada ikinci dalğanın intensiv şəkildə yayıldığını göstərir. Xəstəliyə yoluxanların sayı 41 milyon 494 min 389, sağalanların sayı isə 30 milyon 916 min 843-ü olub.

Hindistanda "Covid-19" infeksiyasından ölənlərin sayı 116 min 653-ə, virus yoluxanların sayı isə 7 milyon 706 min 946-ya yüksəlib. 
"Covid-19" səbəbiylə İraqda ölənlərin sayı 52 artaraq 10 min 418-ə çatıb. Ölkədəki xəstəliərin sayı 3 min 667 artaraq 438 min 265 olub.
İordaniyada epidemiya səbəbiylə son 24 saat ərzində daha 29 nəfər  ölüb və 2 min 648 yeni xəstəlik aşkar edilib. Ölkədə virusla əlaqəli insan itkisi 443-ə, yoluxma sayı isə 43 min 620-ə yüksəlib.
Tunisdə yeni tip koronavirus qaynaqlı ölüm sayı 711-ə, xəstəlik sayı isə 44 min 450-ə çıxıb. Ölkədəki dövlət xəstəxanalarındakı reanimasiya yataqlarının 80 faizinin "Covid-19" xəstələri ilə dolduğu açıqlanıb.
227 mindən çox insan itkisi və 8 milyon 870 min xəstə sayı ilə epidemiyanın mərkəzi olan ABŞ-da gündəlik pozitiv xəstə sayı son bir həftədə 60 min civarındadır və mütəxəssislər bunun daha da artacağını gözləyirlər.
Avropada epidemiyanın mərkəzi olan İngiltərədə virus səbəbiylə ölənlərin sayı son 24 saat ərzində 191 artaraq 44 min 158, yoluxanların sayı isə 26 min 688 artaraq 789 min 229 nəfərə çatıb.
ABŞ-dan sonra epidemiyadan ən çox təsirlənən 211 milyon əhalisi olan Braziliyada 154 min 837 insanın həyatına son qoyan virus 19, 5 milyon 273 min 954 insanda qeydə alınıb. 
Bu arada, "Covid-19" infeksiyasına qarşı Oksford Universiteti tərəfindən hazırlanan peyvəndlərdən birinin sınaqlarında könüllü olaraq iştirak edən 28 yaşlı braziliyalı həkimin öldüyü açıqlanıb.
10 min insan itkisi və 391 min 290 yoluxma faktının qeydə alındığı Almaniyada Səhiyyə naziri Yens Spahnın yeni növ koronavirus testinin müsbət olmasından sonra evdə karantin altında olduğu bildirilib.
Əhali sayına görə ölüm nisbətində üçüncü sırada yer alan Belçikada həyatını itirənlərin sayı 10 min 489-a yüksəlib. 11.4 milyon əhalisi olan ölkədə hər gün 30-dan çox insan koronavirus səbəbiylə ölür. Ölkədəki xəstəlik sayı bir əvvəlki həftə ilə müqayisədə 68 artaraq 8 min 975-ə çıxıb.

Fransada "Covid-19" epidemiyasının ikinci dalğası başlayıb. Ölkədə fövqəladə sanitar vəziyyət elan olunmasına və komendant saatının tətbiq edilməsinə baxmayaraq, koronavirus sürətlə yayılmaqdadır. Son 24 saat ərzində koronavirusa 26 min 676 yeni yoluxma faktı qeydə alınıb.

Bildirilir ki, xəstəxanalarda koronavirus xəstələrinin sayı 13 min 185-ə çatıb. Reanimasiya şöbələrində vəziyyəti ağır olan 2248 xəstə var. Ölkədə 1852 qrup yoluxmasından 23-ü son bir gündə aşkarlanıb.

Ölkədə 163-ü son 24 saat ərzində olmaqla koronavirusdan ölənlərin ümumi sayı 34 min 85-ə çatıb. Epidemiya başlayandan 957 min 421 yoluxma qeydə alınıb, 107 min 652 koronavirus xəstəsi sağalıb. 65 yaşda olanlar arasında virusa yoluxma 3 dəfə artıb.

Bir çox şəhərlərdə maksimum xəbərdarlıq elan edilib və qaydaların daha da sərtləşdiriləcəyi gözlənilir. Komendant saatının bütün ölkədə tətbiq ediləcəyi də ehtimal olunur.



Әlaqәli Xәbәrlәr