Boris Conson vә Kiryakos Miçotakis Şәrqi Aralıq dәnizi mәsәlәsini müzakirә ediblәr

İngiltәrә Baş naziri Boris Conson Şәrqi Aralıq dәnizindә gәrginliyin aradan qaldırılması  üçün Türkiyә vә Yunanıstanla işlәmәyә davam edәcәklәrini bildirib.

1512853

İngiltәrә Nazirlәr Kabinetindәn verilәn mәlumata görә, Boris Conson  Yunanıstan Baş naziri Kiryakos Miçotakislә görüşüb.

Görüşdә yeni növ koronavirus epidemiyası ilә mübarizә, Avropa İttifaqı ilә İngiltәrә arasındakı ticarәt müqavilәsi, Şәrqi Aralıq dәnizi vә Kıbris mәsәlәlәri müzakirә olunub.

Şәrqi Aralıq dәnizi mәsәlәsindә dialoqun әhәmiyyәtinә diqqәt çәkәn Boris Conson problemlәrin diplomatik yollarla hәll edilmәsi mәsәlәsindәki qәtiyyәti mәmnuniyyәtlә qarşıladıqlarını ifadә edib. Conson İngiltәrәnin gәrginliyin aradan qaldırılması üçün hәr iki tәrәflә dә işlәmәyә davam edәcәyini söylәyib.
Görüşdә hәmçinin  Şimali Kıbrıs Türk Cümhuriyyәtindә keçirilәn prezident seçkilәri dә gündәmә gәlib.

Әlaqәli Xәbәrlәr