Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Yeni növ koronavirus (Covid-19) infeksiyasından ölənlərin sayı dünya miqyasında bir milyon 121 mini keçib.

1512146
Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Yeni növ koronavirus (Covid-19) infeksiyasından ölənlərin sayı dünya miqyasında bir milyon 121 mini keçib. Xəstə sayındakı artım isə  xüsusilə Avropada infeksiyanın ikinci dalğasının intensiv şəkildə yayıldığını göstərir. Xəstəliyə tutulanların sayı 40 milyon 566 mini keçərkən, sağalanların sayı 30 milyon 280 minə çıxıb.

225 min insan itkisi və 8 milyon 437 min yoluxma ilə epidemiyanın mərkəzi olan ABŞ-da Ağ Evin yeni tip koronavirusla mübarizə komandasında olan Prezident Donald Trampın Milli Allergiya və İnfeksiya Xəstəliklər İnstitutunun direktoru Dr. Anthony Faucini "bir fəlakət olaraq" xarakterizə etdiyi irəli sürülüb.  
Amerika mətbuatında yer alan xəbərlərə görə, Tramp "İnsanlar Fauci və digər axmaqları dinləməkdən bezdilər" ifadəsini işlədib.
İspaniyada "Covid-19" infeksiyasından son 3 gündə 217 nəfər ölüb, bununla da ölkədə insan itkisi 33 min 992-yə yüksəlib. Eyni dövrdə 37 min 889 yeni hadisənin görüldüyü ölkədə infeksiyaya yoluxanların sayı 974 min 449-a çıxıb. İspaniya Avropada ən çox xəstənin olduğu ölkədir.
Portuqaliya Səhiyyə Nazirliyi son 24 saatda "Covid-19" səbəbiylə 19 nəfərin öldüyünü və 1949 yeni hadisənin qeydə alındığını açıqlayıb. Ölkədə insan itkisi 2 min 198-ə, yoluxma sayı isə 101 min 860-a yüksəlib.

Hindistanda aşkar olunmuş koronavirusa yoluxma hallarının ümumi sayı 7,5 milyonu keçib.

 Hindistanda son 24 saat  ərzində 55 722 nəfər virusa yoluxub. Həmçinin son sutkada ölkədə 587 nəfər koronavirusun qurbanı olub. Bununla da ölənlərin ümumi sayı 115 236 nəfərə çatıb.

Ölkədə 7 milyondan çox insan koronavirüsdən sağalıb.

İranda pandemiya başlayandan bəri ilk dəfə bir gündə 300-dən çox koronavirus xəstəsi ölüb.

Ölkədə son 24 saatda 4 251 yeni yoluxma hadisəsinin aşkarlandığını, 337 nəfərin öldüyü qeyd edilib..

Bundan öncə koronavirus qurbanlarının əvvəlki gündəlik maksimum sayı 279 idi.

Bununla da ölkədə koronavirus infeksiyasının aşkarlandığı 19 fevral tarixindən bəri yoluxmuş insanların ümumi sayı 534 631 nəfərə, COVID-19 qurbanlarının sayı isə 30 712 nəfərə çatıb. 431 360 nəfər virusdan sağalıb.

İngiltərədə ötən 24 saat ərzində "Covid-19"a 18 804 nəfər yoluxub.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 741 212 nəfərə çatıb.

 



Әlaqәli Xәbәrlәr