Azərbaycan və Ermənistan xarici işlər nazirlərininin ABŞ-a dəvət edildikləri iddia edilib

ABŞ dövlət katibi Maykl Pompeonun Azərbaycan və Ermənistan xarici işlər nazirlərini ölkəsinin paytaxtı Vaşinqtona dəvət etdiyi iddia edildi.

1512116
Azərbaycan və Ermənistan xarici işlər nazirlərininin ABŞ-a dəvət edildikləri iddia edilib

ABŞ-ın Dövlət katibi Maykl Pompeonun Azərbaycan və Ermənistan xarici işlər nazirlərini ölkəsinin paytaxtı Vaşinqtona dəvət etdiyi iddia edildi.
"Politico"nun xəbərinə görə, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Pompeonun dəvətini qəbul ediblər.
Buna görə, Pompeonun əvvəlcə Bayramovla görüşəcəyi, daha sonra Mnatsakanyanla bir araya gələcəyi irəli sürülüb. 
Xəbərdə ABŞ tərəfinin də eyni gün ərzində üçtərəfli görüş keçirilməsi üçün təşəbbüs qaldırdığı, ancaq bunun hələ dəqiqləşdirilmədiyi bildirilib.



Әlaqәli Xәbәrlәr