ABŞ-ın Çinli şirkətlərə sanksiya qərarı

ABŞ İranın Gəmiçilik şirkəti ilə əməkdaşlıq edən 6 beynəlxalq firma və 2 hüquqi şəxsə sanksiya tətbiqinə dair qərar qəbul edib.

1512366
ABŞ-ın Çinli şirkətlərə sanksiya qərarı

ABŞ İranın Gəmiçilik şirkəti ilə əməkdaşlıq edən 6 beynəlxalq firma və 2 hüquqi şəxsə sanksiya tətbiqinə dair qərar qəbul edib.

ABŞ-ın Dövlət katibi Mayk Pompeonun imzaladığı qərara əsasən, mərkəzi Çində yerləşən “Reach Holding Group”, “Reach Shipping Lines”, “Delight Shipping Co”, “Gracious Shipping Co”, “Noble Shipping Co” və “Supreme Shipping Co”şirkətlərindən yaranan 6 firma və daha iki hüquqi şəxsə “İrana bilərəkdən mal və xidmət tədarükünü davam etdirdikləri” üçün sanksiya tətbiq edilib.

Qeyd edək ki, ABŞ iyun ayında IRISL və Çinin Şanxay mərkəzli E-Sail firmasını sanksiya siyahısına daxil etdiyini açıqlamışdı və bu şirkətlərin İranın ballistik raket araşdırması ilə əlaqəli materialların satın alınmasında istifadə olunduğunu və bu səbəbdən sanksiyaların tətbiq olunduğunu bildirmişdi..



Әlaqәli Xәbәrlәr