Dünyada koronavirusa yoluxanların sayı 40 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 100  mini, virusa yoluxanların sayı 40 milyonu,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 30 milyonu keçib.

1511793

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında epidemiya qurbanlarının sayı 200 mini, yoluxanların sayı da 8 milyonu keçib.

Braziliyada koronavirusdan vәfat edәnlәrin sayı 150 mini, infeksiyaya yoluxanların sayı da 5 milyonu keçib.

Meksikada koronavirusdan ölәnlәrin sayı 80 mini, virusa yoluxanların sayı da 800 mini keçib.

Epidemiyanın Avropadakı mәrkәzi olan İngiltәrәdә virus nәticәsindә ölәnlәrin sayı 43 mini, infeksiyaya yoluxanların sayı da 700 mini keçib.

İtaliyada koronavirus qurbanlarının sayı 36 min 543-ә, infeksiyaya yoluxanların sayı da 414 min 241-ә yüksәlib.

İspaniyada koronavirusdan ölәnlәrin sayı 33 min 775-ә, infeksiyaya yoluxanların sayı da 982 min 34-ә çatıb.

Fransada epidemiya qurbanlarının sayı 33 min 477-yә, infeksiyaya yoluxanların sayı da 897  min 34-ә yüksәlib.

Belçikada virusdan ölәnlәrin sayı 10 mini, infeksiyaya yoluxanların sayı da 220 mini keçib.

Almaniyada koronavirusdan hәyatını itirәnlәrin sayı 9 mini, infeksiyaya yoluxanların sayı da 360 mini keçib.

Әlaqәli Xәbәrlәr