Cozef Borrel Azәrbaycan vә Ermәnistana çağırış edib

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel Azәrbaycan vә Ermәnistana әtәşkәsә әmәl etmәlәri ilә әlaqәdar çağırış edib.

1511432

Borrel Dağlıq Qarabağdakı vәziyyәtlә bağlı verdiyi yazılı açıqlamada Azәrbaycan ilә Ermәistan arasında elan edilәn atәşkәsә görә mәmnun olduqlarını bildirib. Ancaq Dağlıq Qarabağda elan edilәn atәşkәs  pozulduğuna görә narahat olduqlarını deyib.
Cozef Borrel bәyanatında bu ifadәlәrә yer verib: ‘‘Qarşıdurmalar qәbuledilmәz  mülki itkilәrә sәbәb oldu. Avropa İttifaqı mәnbәyi nә olarsa olsun bu növ hücumları qınayır’’.
Azәrbaycan xarici işlәr naziri Ceyhun Bayramov vә Ermәnistan xarici işlәr naziri Zohrab Mnatsakanyan ilә telefon әlaqәsi saxladığını bildirәn Borrel atәşkәsin şәrtsiz bir şәkildә hәyata keçirilmәsinin vacibliyini vurğuladığını bildirib.

‘‘Hәmçinin mülki vәtәndaşlara qarşı hücumların dәrhal dayandırılmasının vacibliyini vurğuladım. Bu növ hücumların haqlı tәrәfi olmaz’’,-deyә Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel deyib.

Әlaqәli Xәbәrlәr