Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir

Yeni növ koronavirus (Covid-19) infeksiyasından ölənlərin sayı dünya miqyasında bir milyon 101 minə çatıb.

1510018
Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir

Yeni növ koronavirus (Covid-19) infeksiyasından ölənlərin sayı dünya miqyasında bir milyon 101 minə çatıb. Vurisun yoluxduğu insan sayının artması ikinci dalğanın xüsusilə Avropada intensiv şəkildə yayıldığını göstərir. Xəstəliyə yoluxanların sayı 39 milyon 81 mini keçib. Müalicə olunaraq sağalanların sayı isə  29 milyon 290 min nəfər olub.
Fransada epidemiya səbəbiylə son 24 saat ərzində 88 adam ölüb. Beləliklə ölkədə insan itkisi 33 min 125-ə yüksəlib Virusa yoluxanların sayı yeni bir rekordla 30 min 6211 artaraq 809 min 684-ə çatıb. Ölkədəki həmkarlar ittifaqları tərəfindən təşkil edilən etiraz aksiyalarında pandemiya şərtlərinin onları tükətdiyi ifadə edən səhiyyə işçiləri Prezident Emmanuel Makrondan daha çox həkim, tibb bacıları və səhiyyə işçisi işə cəlb etməsini istəyiblər.
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin Səhiyyə naziri Əli Pilli Cənubi Kıbrıs Rum tərəfində artan yeni növ koronavirus (Covid-19) hadisələri ilə əlaqədar vətəndaşları, "Lazım olmadığı təqdirdə Rum tərəfinə getməyin" xəbərdarlığını edib. 93 müsbət yoluxma faktının aşkarlandığı Rum İcması tərəfində epidemiyanın başlanğıcından bəri ən yüksək artım olaraq son 24 saatda qeydə alındığı bu rəqəmlə virusun yoluxduğu insan sayı 2274-ə yüksəlib.

ABŞ-da ötən gün ərzində daha 62 mindən çox şəxsdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu, 31 iyuldan sonra ölkədə qeydə alınan ən yüksək gündəlik yoluxma sayıdır.

Ümumilikdə ölkə üzrə bu günə qədər 7,9 milyon koronavirusa yoluxma faktı aşkarlanıb, 5,3 milyondan çox pasiyent müalicə olunaraq sağalıb, 222 mini isə xəstəlik səbəbindən həyatını itirib.

Hər iki göstəriciyə görə ABŞ dünyada birinci yerdədir.

 



Әlaqәli Xәbәrlәr