Dünyada koronavirusla bağlı son vәziyyәt (15 oktyabr)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 95 mini, virusa yoluxanların sayı 38 milyon 660  mini, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 29  milyon 33  mini keçib.

1509214

Epidemiyanın Avropadakı mәrkәzinә çevrilәn  İngiltərədə koronavirus qurbanlarının sayı gün әrzindә 137 artaraq 43 min 155-ә, infeksiyaya yoluxanların  sayı isə 19  min 724  artaraq 655  min 644  nəfərə çatıb.

İtaliyada koronavirusdan ölәnlәrin sayı gün әrzindә 43  artaraq 36 mini, virusa yoluxanların sayı da 7 min 332  artaraq 370 mini keçib.İtaliya hökumәti koronavirusla bağlı tәtbiq edilәn fövqәladә vәziyyәt rejiminin müddәtinin 2021-ci ilin 31 yanvar tarixinәdәk uzadıb.

Fransada epidemiya qurbanlarının sayı sutka әrzindә 104  artaraq 33 min 37-yә, infeksiyaya yoluxanların sayı da 22  min 591  artaraq 779  min 63-ә  çatıb. Epidemiya sәbәbindәn  ölkәdә 17 oktyabrdan etibarәn yerli vaxtla saat 21.00 ilә 06.00 arası komendant saatının elan edilәcәyi bildirilib.

İspaniyada koronavirus pandemiyasından gün әrzindә  әrzindә daha 209  nәfәrin vәfat etmәsi ilә ölәnlәrin ümumi sayı 33  min 413-ә  çatıb. Sәhiyyә Nazirliyi  gün әrzindә 11  min 970  nәfәrin dә epidemiyaya yoluxduğunu açıqlayıb. Belәliklә ölkәdә virusa yoluxanların ümumi sayı 900  mini keçib.

Maltada koronavirus qurbanlarının sayı gün әrzindә 44-ә çatıb. Ölkәdә virusa yoluxanların sayı da 4 min 48-ә yüksәlib.
 
Әlaqәli Xәbәrlәr