Fransanın XİN rəhbəri: "Ölkəm Dağlıq Qarabağ münaqişəsi məsələsində neytral mövqe tutmalıdır"

Jan-İv Lö Drian (Jean-Yves Le Drian) ölkəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsində neytral mövqe tutmasının vacibliyini bildirib.

1508452
Fransanın XİN rəhbəri: "Ölkəm Dağlıq Qarabağ münaqişəsi məsələsində neytral mövqe tutmalıdır"

Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian (Jean-Yves Le Drian) ölkəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsində neytral mövqe tutmasının vacibliyini bildirib.

Fransa Xarici İşlər naziri Milli Məclisində erməni lobbisinin təsiri altında olan bir qrup deputatın Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı çağırışına cavab verərək deyib:

"1994-cü ildə Rusiya və ABŞ-la birlikdə münaqişənin həlli ilə bağlı götürdüyü mandat Fransanı neytral qalmağa məcbur edir. Fransa iki ölkədən hər hansı birinin tərəfini tutarsa onda qanuniliyini itirəcək".

Fransanın Ermənistanla ikitərəfli sıx əlaqələrinin olduğunu deyən J.-İ. Lö Dryan 600 minlik erməni lobbisinə ölkəsinin Azərbaycanla da uzun tarixi əlaqələri olduğunu vurğulayıb.

"Əgər biz indi Ermənistanın tərəfini tutsaq, balanslaşdırılmamış mövqe göstərsək, onda Azərbaycanla ikitərəfli əlaqələrimizin keyfiyyətinə xələl gətirər, eləcə də Minsk qrupu çərçivəsindəki rolumuza və böhran içində olan tərəflərə təsirimizi itirərik”,-deyə J.-İ. Lö Dryan bildirib.



Әlaqәli Xәbәrlәr