ABŞ Dövlət katibi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

1508748
ABŞ Dövlət katibi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

Pompeo ABŞ münaqişə tərəflərini atəşkəslə bağlı öz öhdəliklərini yerinə yetirməyə və mülki əhalisi olan rayonlara hücumları dayandırmağa çağırıb.

"Biz insan itkiləri ilə əlaqədar təəssüflənirik və münaqişənin sülh yolu ilə tənzimlənməsinə sadiqliyimizi bildiririk. ABŞ Azərbaycan və Ermənistanı razılaşdırılan atəşkəs qərarına əməl etmək vədlərini yerinə yetirməyə və Gəncə və Xankəndi kimi mülki yaşayış məntəqələrini hədəf almağa son qoymaq öhdəliklərini yerinə yetirməyə çağırır" dəyə Pompeo vurğulayıb. 

Ermənistanı Gəncədəki mülki hədəflərə hücumlarına son qoymağa çağıran Pompeonun Ermənistan ordusuna aid hədəflərin vurulduğu Xankəndində "mülki şəxslərin vurulduğu" şəklindəki Yerəvan qaynaqlı iddialara da yer verməsi diqqət çəkib.

Qeyd edək ki, Ermənistan və Azərbaycan Rusiyanın paytaxtı Moskvada keçirilən görüşlərdə 10 oktyabr 2020-ci il tarixində yerli saatla 12:00-dan qüvvədə olacaq şəkildə Dağlıq Qarabağdakı cənazələrin və əsirlərin mübadiləsini nəzərdə tutan humanitar məqsədli atəşkəs qəbul etmişdi.

Ermənistan ordusunun atəşkəs qərarının üzərindən 24 saat keçmədən Azərbaycanın Gəncə şəhərinə raketlərlə hücumu nəticəsində 9 mülki vətəndaş həlak olub, 34 nəfər isə yaralanıb. 



Әlaqәli Xәbәrlәr