“Bu sadəcə etikadan kənardır”, T. D. Qebreyesus

Qebreyesus son günlər virusun yayılmasına imkan verməklə, sözdə “kollektiv immunitetə nail olmaq” anlayışı ilə bağlı bəzi mübahisələrin yarandığını qeyd edib.

1507868
“Bu sadəcə etikadan kənardır”, T. D. Qebreyesus

Tedros Adhanom Qebreyesus Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrənin Cenevrə şəhərindəki qərargahında ÜST-ün pandemiya üzrə mütəxəssisləri ilə videokonfrans formatında toplantı keçirib.

Ümumilikdə son 4 gündə dünyada yeni növ koronavirusa (Covid-19) yoluxma sayında hər gün rekordun təzələndiyini vurğulayan Ghebreyesus “Bir çox şəhər və ölkələr, xəstəxana və reanimasiya şöbələrində yer omadığını, xəstə sayının artığını bildirir” məlumatını paylaşıb.

Qebreyesus son günlər virusun yayılmasına imkan verməklə, sözdə “kollektiv immunitetə nail olmaq” anlayışı ilə bağlı bəzi mübahisələrin yarandığını qeyd edib. “Kollektiv immunitet”in əslində peyvənd üçün istifadə edilən bir termin olduğunu vurğulayıb.

“Məsələn, qızılcaya qarşı kollektiv immunitet, əhalinin təqribən 95 faizinin peyvənd olunması deməkdir” deyən Qebreyesus qalan 5 faizin isə qızılcanın, peyvənd olunanlar arasında yayılmaması ilə qorunacağına diqqət çəkib.

Yeni növ koronavirus (Covid-19) epidemiyası ilə mübarizədə “kollektiv immunitet” strategiyasının həyata keçirilməsinə sərt reaksiya verən Qebreyesus “Tam başa düşmədiyimiz təhlükəli bir virusun sərbəst şəkildə yayılmasına icazə vermək sadəcə etikadan kənardır. Virusun nəzarətsiz bir formada yayılmasına icazə vermək, lazımsız infeksiyalara, əzablara və ölümə icazə vermək deməkdir” deyə bildirib.



Әlaqәli Xәbәrlәr