Tacikistanda İmaməli Rahmon prezident seçkilərinin qalibi olub

Oktyabrın 11-də Tacikistanda keçirilən növbəti prezident seçkilərinin ilkin nəticələri elan olunub.

1507303
Tacikistanda İmaməli Rahmon prezident seçkilərinin qalibi olub

Oktyabrın 11-də Tacikistanda keçirilən növbəti prezident seçkilərinin ilkin nəticələri elan olunub.

Tacikistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Emoməli Rəhmon seçicilərin 90,92 faiz səsini alaraq beşinci dəfə ölkə Prezidenti seçilib.

Seçkilərdə hazırki prezident Emoməli Rəhmonla yanaşı, daha dörd namizəd mübarizə aparıb.

Qeyd edək ki, Tacikistan qanunlarına görə, prezident 7 il müddətinə seçilir. Emoməli Rəhmon 1994-cü il noyabrın 16-dan Tacikistana rəhbərlik edir.



Әlaqәli Xәbәrlәr