Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 80 mini keçib.

1507053
Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 80, virusa yoluxanların sayı 37  milyon 704,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 27 milyon 294 mini keçib.
Avropada epidemiyanın episentri olan İngiltərədə virus səbəbiylə ölənlərin sayı son 24 saat ərzində 65 artaraq 42 min 825-ə, infeksiyaya yoluxanların sayı isə 12 min 872 artaraq 603 min 716-ya çatıb. Hökumətin səhiyyə müşaviri Prof. Dr. Peter Horby "İngiltərə xəstələrin sayının artması və xəstəxanaya müraciət səbəbiylə təhlükəli bir nöqtədədir. Milli karantin tədbiri ehtimallar arasındadır, lakin hər kəs bu ehtimalın qarşısını almaq üçün əlindən gələni etməlidir" deyib.

Braziliyada epidemiya səbəbiylə ölənlərin sayı 150 min 506-ya, xəstələrin sayı isə 5 milyon 94 minə yüksəlib.
"Covid-19"dan 83 min 781 ölümün qeydə alındığı Meksikada xəstələrin sayı 817 min 503 olub.
İtaliyada epidemiya səbəbiylə 36 min 166 adam ölüb. Ölkədə virusa yoluxanların sayı 385 min 950-yə yüksəlib. 
Fransada "Covid-19" səbəbiylə ölənlərin sayı 32 min 683-ə çatıb. Ölkədə infeksiyaya yoluxan insanların sayı 734 min 974 olub.
Epidemiya səbəbiylə 32 min 929 nəfərin öldüyü İspaniyada xəstələrin sayı 890 min 367-ə yüksəlib. "Covid-19 səbəbiylə bəzi digər ölkələrdə ölənlərin sayı belədir: "Peru (33 min 305), Kolumbiya (27 min 834), Argentina (23 min 868), Çili (13 min 318), Ekvador (12 min 191) ve Belçika (10 min 191)".

Hindistanda daha 816 nəfərin ölümü ilə "Covid-19" infeksiyasından ölənlərin sayı 109 min 184-ə yüksəlib. Son 24 saat ərzində ölkədə 66 min 732 yeni "Covid-19" hadisəsi aşkarlanıb, beləliklə xəstələrin sayı 7 milyon 120 minə yüksəldi.
Rusiyada yeni növ koronavirus səbəbiylə 22 min 722 nəfər ölüb. Ölkədə xəstələrin sayı bir milyon 312 minə yüksəlib. 
"Covid-19" infeksiyası səbəbiylə İraqda ölənlərin sayı 9852-yə yüksəlib. Ölkədə xəstələrin sayı isə 402 min 330 olub. 
Epidemiya səbəbiylə 6 min 580 insanın öldüyü Pakistanda xəstələrin sayı 319 min 317--a çıxıb. 
"Covid-19" səbəbiylə İsraildə 983 nəfər ölüb. Ölkədə xəstələrin sayı 291 min 828-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr