Dünyada koronavirusla bağlı son vәziyyәt (8 oktyabr)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 58 mini, virusa yoluxanların sayı 36 milyon 328 mini, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 27 milyon 321  mini keçib.

1504902

İtaliyada koronavirusdan ölәnlәrin sayı gün әrzindә 31  artaraq 36 mini, virusa yoluxanların sayı da 3 min 678  artaraq 330 mini keçib.İtaliya hökumәti koronavirusla bağlı tәtbiq edilәn fövqәladә vәziyyәt rejiminin müddәtinin 2021-ci ilin 31 yanvar tarixinәdәk uzadıb.

Fransada epidemiya qurbanlarının sayı sutka әrzindә 80  artaraq 32 min 445-ә, infeksiyaya yoluxanların sayı da 18 min 746  artaraq 653  min 509-a  çatıb.Fransa prezidenti Emmanuel Makron gün әrzindә yoluxanların sayının kәskin artması sәbәbindәn tәdbirlәrin daha da güclәndirilmәsinin vacibliyini vurğulayıb.

İspaniyada koronavirus pandemiyasından gün әrzindә  әrzindә daha 76  nәfәrin vәfat etmәsi ilә ölәnlәrin ümumi sayı 32 min 562-yә  çatıb. Sәhiyyә Nazirliyi  gün әrzindә 10  min 491  nәfәrin dә epidemiyaya yoluxduğunu açıqlayıb. Belәliklә ölkәdә virusa yoluxanların ümumi sayı 800  mini keçib.

Portuqaliya Sәhiyyә Nazirliyi koronavirusdan gün әrzindә daha 8  nәfәrin hәyatını itirdiyini vә epidemiyaya 944  nәfәrin dә yoluxduğunu açıqlayıb. Ölkәdә indiyәdәk koronavirusdan vәfat edәnlәrin sayı 2 min 40-a, infeksiyaya yoluxanların sayı isә 81 min 156-ya  çatıb.

Әlaqәli Xәbәrlәr