V.Putin: "Hərbi əməliyyatlar Ermənistan ərazisində getmir"

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ermәnistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvüdür vә bizim onun  qarşısında müәyyәn öhdәliklәrimiz var. Ancaq hәrbi әmәliyyatlar Ermәnistanın әrazisindә getmir.

1504512

‘‘Rossiya 24’’ telekanalına müsahibә verәn Vladimir Putin Ermәnistanın hücumlәri nәticәsindә Azәrbaycanın Qarabağ bölgәsindә başlayan qarşıdurmalarla bağlı bәyanatlar verib.

‘‘Çox narahatıq. Rusiyada tәxminәn 2 milyon Azәrbaycan vәtәndaşı vә bundan daha çox Ermәnistan vәtәndaşı yaşayır. Çox sayda Rusiya vәtәndaşı da bu ölkәlәrdә yaşayır. Bu, əlbəttə ki, böyük bir faciədir. İnsanlar ölür. Hər iki tərəfin dә itkilәri var’’.

Qarşıdurmaların әn qısa zamanda sona çatacağına ümidvar olduqlarını bildirәn Vladimir Putin deyib: ‘‘Әn qısa zamanda atәşkәsin tәmin olunması üçün çağırışlar edirik’’.

Ermәnistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduğunu xatırladan Vladimir Putin bildirib ki, Ermənistan KTMT-nin üzvüdür, bizim onun qarşısında müəyyən öhdəliklərimiz var. Ancaq hərbi əməliyyatlar Ermənistanın ərazisində getmir.

Әlaqәli Xәbәrlәr