Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 52 mini keçib.

1504149
Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 52 mini, virusa yoluxanların sayı 35  milyon 965,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 27 milyon 41 mini keçib.
İspaniyada son bir həftə ərzində "Covid-19 infeksiyasından 484 nəfər ölüb, bununla da ölkədə insan itkisi 32 min 486-ya yüksəlib. Bir gündə 11 min 998 yeni yoluxma faktının aşkarlandığı ölkədə infeksiyaya yoluxanların sayı 825 min 410-a yüksəlib. Epidemiyanın ən sıx olduğu paytaxt Madriddə iki həftədir tətbiq olunan əlavə tədbirlərin ölkə miqyasına yayılması, əhalisi 100 mindən çox olan bütün bələdiyyələrdə və yeni xəstələrlə xəstəxanalardakı reanimasiya bölmələrində sıxlıq nisbətinin yüksək olduğu bələdiyyələrdə tətbiq olunması üçün ilkin razılıq əldə edilib.
Portuqaliya Səhiyyə Nazirliyi son 24 saat ərzində infeksiyadan 14 nəfərin öldüyünü və 427 yeni yoluxma faktının aşkarlandığını açıqlayıb. Ölkədə insan itkisi 2 min 32, yoluxma sayı isə 80 min 312-yə yüksəlib.

Afrika qitəsi miqyasında "Covid-19" infeksiyasından insan itkisi 36 min 967-ni, xəstələrin sayı isə 1 milyon 527 min 905-i keçib. "Covid-19" infeksiyasına yoluxmuş insan sayının ən çox olduğu ilk üç ölkə 682 min 215 ilə Cənubi Afrika, 134 min 695 ilə Mərakeş və 103 min 781 ilə Misir olub.
Mavrikidə aktiv koronavirus hadisəsi qalmadığı, Seyşellər və Eritreya da virusla əlaqəli ölüm hadisəsinin qeydə alınmadığı bildirilib.
Cənubi Afrika Respublikasında 5 və Misirdə 4 sağlamlıq mərkəzində peyvənd sınaq araşdırmaları davam edir.



Әlaqәli Xәbәrlәr