Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 41 mini keçib.

1502662
Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 41 mini, virusa yoluxanların sayı 35  milyon 328 mini,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 26 milyon 295 mini keçib.

214 min 515 insan itkisi və 7 min 630 yoluxma faktı ilə epidemiyanın mərkəzinə çevrilən ABŞ-da Nyu-Yorq Bələdiyyəsinin rəhbəri də Bill de Blasio son bir həftədə yüzdə yoluxma hallarının artımı 3 faizdən çox olan 9 bölgənin oktyabrın 7-dən etibarən bağlanacağını elan edib. Buna görə, dövlət və özəl məktəblər, uşaq bağçaları və əsas ehtiyac duyulmayan iş yerləri bağlı olacaq. 

Fransa hökuməti koronavirus çox yayıldığına görə paytaxt Paris və ətraf ərazilərini təhlükəli bölgə elan edib.

Bu ərazilərdə hansı təhlükəsizlik tədbirlərin görüləcəyi isə bu gün açıqlanacaq. Qeyd olunub ki, məhdudiyyətlər 15 gün davam edəcək.

Bununla belə, restoranlar ancaq sanitariya tələblərinə əməl edəcəyi təqdirdə fəaliyyət göstərə biləcək. Eyni zamanda, ali təhsil müəssisələri yalnız 50% tələbə qəbul edəcək.

Qeyd edək ki, ötən gün Fransada koronavirus infeksiyasına 12 565 yeni yoluxma faktı qeydə alınıb.

Altı aylıq fasilədən sonra Çexiyada isə yeni növ koronavirusun yayılması səbəbindən bu gün fövqəladə vəziyyət bərpa edilib.

Fövqəladə vəziyyət rejimi 30 gün davam edəcək.

Eyni zamanda, ölkədə bazar ertəsindən açıq havada kütləvi tədbirlərdə iştirak edənlərin sayı 20 nəfərdən çox olmamalıdır. Qapalı məkanlarda bu rəqəm 10 olacaq.

Koronavirus infeksiyasının ən çox yayıldığı ərazilərdə bazar ertəsi günündən etibarən məktəblər iki həftəlik bağlanacaq. Bu gündən etibarən futbol və xokkey oyunları azarkeşsiz keçiriləcək. Opera tamaşalarına isə müvəqqəti qadağa qoyulacaq.



Әlaqәli Xәbәrlәr