Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 33 min 300-ü keçib.

1502020
Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 33 min 781-ü keçib. Virusa yoluxanların sayı 34  milyon 836 min 865-i,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 25 milyon 914 min 851-i keçib.
213 min 524 nəfərin öldüyü və 7 milyon 549 min 323 nəfərin virusa yoluxduğu ABŞ-da Cümhuriyyətçi senator Thom Tillis "Covid-19" virusuna tutulduğunu açıqlayıb. Tillis virusa yoluxmuş 4-cü senator olub. Demokratlardan prezidentliyə namizəd Cozef Bayden və həyat yoldaşı Cil Baydenin koronavirus testinin nəticəsi "mənfi" çıxıb.
İspaniyada Səhiyyə Nazirliyi son 7 gündə epidemiyadan 538 nəfərin öldüyünü, ölkədə virusa yoluxanların ümumi sayının 32 min 86-a yüksəldiyini açıqlayıb. Yoluxma sayı isə 11 min 325 artaraq 789 min 932-yə yüksəlib.
Portuqaliyada virus səbəbindən insan itkisi 983 min, virusun yoluxduğu insanların sayı 77 min 284 olub.
Xəstəxanalarda və qocalar evlərində daha 136 nəfərin həyatını itirmsilə insan itkisinin 32 min 155-ə yüksəldiyi Fransada "Covid-19"a yoluxanların sayı son 24 saat ərzində 12 min 148 artaraq 589 min 653-ə çatıb.
"Covid-19" hadisələri son 24 saat ərzində Macarıstan, Polşa və Çexiyada rekord səviyyəyə çatıb. Bu 3 ölkədə həyat itkisi və virusa yoluxanların sayı belədir: 798/28 min 631, 2 min 570/95 min 773, 678/74 min 255.

Hindistanda son 24 saat ərzində daha min 69 nəfərin ölümü ilə "Covid-19"dan ölənlərin sayı 100 min 875-ə yüksəlib. Virusa yoluxanların sayı 79 min 476 artaraq 6 milyon 473 min 544 nəfərə çatıb.
İnsan itkisinin 379 olduğu və virusa yoluxanların sayının 51 min 607 olduğu Fələstində "Covid-19" tədbirləri çərçivəsində elan edilmiş fövqəladə  vəziyyət bu gündən etibarən daha 30 gün uzadılıb. İlk fövqəladə vəziyyət işğal altındakı İordan çayının qərb sahilinin Beytüllahim şəhərində martın 3-də ilk "Covid-19" hadisəsinin aşkarlanmasından sonra elan edilib. 

Rusiyada son 24 saat ərzində daha 9859 nəfər yeni növ koronavirusa yoluxub.

Rusiyada "Covid-19"a yoluxanların sayı 1 204 502 nəfərə çatıb.

Son 24 ərzində 174 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 21 251 nəfərə çatıb.

Kanadada bir gündə yeni koronavirus infeksiyasına yoluxma rekord həddə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb. Belə ki, ölkədə bir sutka ərzində 2 124 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxanların ümumi sayı 162 659 nəfərdir. Ən çox yoluxma halı Kvebek və Ontario əyalətlərində qeydə alınıb.

Pandemiya nəticəsində ümumilikdə 9 409 pasiyent həyatını itirib. Müalicə olunan 137,6 min nəfər isə sağalıb.



Әlaqәli Xәbәrlәr